Menu

“Azərbaycanın Qarabağı qaytarması qeyri-sabitliyi azaldıb” – Amerika kəşfiyyatı

12.03.2024, 13:40
“Azərbaycanın Qarabağı qaytarması qeyri-sabitliyi azaldıb” – Amerika kəşfiyyatı

"Ermənistan və Azərbaycan arasında münasibətlərin gərgin olaraq qalacağı ehtimalı var, lakin Azərbaycanın Qarabağı qaytarması qeyri-sabitliyi azaldıb".

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ kəşfiyyatının son hesabatında belə deyilir.

Hesabatda Azərbaycanla Ermənistan arasında gərginlik yaradan amillər kimi sülh müqaviləsinin olmaması, silahlı qüvvələrin bir-birinə yaxın məsafədə yerləşdirilməsi və atəşkəsi təmin edəcək mexanizmin olmaması göstərilir.

Bununla yanaşı, hesabatda qeyd olunur ki, Azərbaycanın Qarabağı separatçılardan təmizləməsi bölgədə stabilliyin yaranmasına xidmət edib: “2023-cü ilin sentyabrında Azərbaycan separatçıların məğlubiyyətinə və təslim olmasına səbəb olan hərbi əməliyyat keçirib. Bölgənin əksər erməni əhalisinin bölgəni tərk etməsi və “hökumətin” özünü buraxması Bakıya regionun Azərbaycanla effektiv inteqrasiyası planlarını irəli sürməyə imkan verdi və bu, uzun müddətdir davam edən problemi ikitərəfli sülh gündəliyindən faktiki olaraq çıxardı”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol