Menu

ABŞ kəşfiyyatı Rusiyanın nüvə silahından istifadə ehtimalını qiymətləndirib

12.03.2024, 13:46
ABŞ kəşfiyyatı Rusiyanın nüvə silahından istifadə ehtimalını qiymətləndirib

Rusiya Federasiyası hələ də nüvə silahından istifadə edə bilər. Moskva hələ də uzaqmənzilli nüvə başlıqlı raketlər hazırlayır.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının illik hesabatında deyilir.

“Rusiya öz nüvə silahı imkanlarını modernləşdirməyə davam edəcək. Onlar geniş və müxtəlif növ nüvə silahı ehtiyatlarını saxlayacaqlar. Moskva özünün nüvə imkanlarını ABŞ və NATO-ya qarşı potensial münaqişənin qarşısını almaq və məqsədlərinə çatmaq üçün zəruri hesab edir və bunu Rusiya Federasiyası üçün son təminat kimi görür. Rusiyanın döyüş meydanında tez və qətiyyətli qələbə qazana bilməməsi, həmçinin Ukraynanın Rusiyanın daxilinə doğru zərbələr endirməsi kimi amillər Putinin nüvə silahından istifadə edə biləcəyi ilə bağlı narahatlığı artırır”, - deyə hesabatda qeyd olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol