Menu

“Baku Electronics”in yığılmış vergi borcu 1,2 mln. manatı ötüb

12.03.2024, 17:13
“Baku Electronics”in yığılmış vergi borcu 1,2 mln. manatı ötüb

“Baku Electronics” MMC-nin yığılmış vergi borcu 1,2 milyon manatı ötüb.

"APA-Economics" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, elektronika şirkətinin vergi borcu 11 mart 2024-cü il tarixinə 1 milyon 213,7 min manat təşkil edib.

Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur.

Xatırladaq ki, “Baku Electronics” 2001-ci ildə yaradılıb. Nizamnamə kapitalı 15,1 milyon manat olan şirkətin qanuni təmsilçisi Səid Naxçıvanidir.

Şərhlər

Rasim Quliyev 2024-03-12 21:45:25

Kasib olsaydi coxdan dersini bogazindan cixartmishdilar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol