Ukraynaya məxsus pilotsuz təyyarənin hücumu nəticəsində Belqorod şəhər meriyasının binasına ziyan dəyib.
“AzPolitika” teleqram kanallarına istinadla xəbər verir ki, bunu vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib. O, zərbələr nəticəsində iki nəfər yaralandığını deyib.
Qladkov daha əvvəl yazıb ki, dron Belqorodda mağazanın divarına çırpılıb. Ölən və yaralananlar olmayıb. Partlayış nəticəsində binanın şüşələri sınıb, fasad zədələnib, 4 avtomobilə ziyan dəyib.
Yerli media xəbər verir ki, dəmiryol vağzalı ərazisində baş verən partlayışlardan sonra “Stansiya” küçəsi bağlanıb. İtkilər barədə məlumat verilmir.
Pilotsuz təyyarələr səhər saatlarından şəhərə fasilələrlə hücum edir. Rusiya ərazisinə keçən könüllülərin nümayəndələri orada möhkəmləndiklərini iddia etsə də, Rusiya rəsmiləri və hərbçiləri bunu təkzib edirlər.
Gün ərzində Rusiyanın on rayonu pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Səhər saatlarında Belqorod vilayəti üzərində raketlər də vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“AzPoloitika.info”


Şərhlər