Menu

“Bakı Metropoliteni”nin 17,2 milyon manat vergi borcu var

13.03.2024, 11:00
“Bakı Metropoliteni”nin 17,2 milyon manat vergi borcu var

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcu var.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir.

Məlumata əsasən, “Bakı Metropoliteni” QSC-nin 13.03.2024-cü il tarixinə qədər vergi borcu 17 207 712.24 manatdır.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 2 580 638 397 AZN-dir və qanuni təmsilçisi isə Zaur Hüseynovdur. /"Banker"

Şərhlər

Baba 2024-03-13 11:14:19

Yenə nala-mıxa vururlar. Yəqin ki qiyməti qaldıracaqlar. İndi quş buraxıb milləti hazırlayırlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol