Menu

Çoxuşaqlı ailə anlayışına yenidən baxılması barədə məsələ müzakirə edilir

13.03.2024, 15:59
Çoxuşaqlı ailə anlayışına yenidən baxılması barədə məsələ müzakirə edilir

Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir.

"Report" xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov çıxış edib.

O bildirib ki, dünya praktikasında olduğu kimi, Azərbaycanda da 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilsin:

"Biz çoxuşaqlı ailə anlayışını 5-dən 3-ə endirsək, bu o deməkdir ki, 110 min ailə bu hüquqdan yararlana biləcək. Yəni, 110 min ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər. Çoxuşaqlı ailə anlayışına yenidən baxılsın".

Komitə sədri Musa Quliyev də deputatın təklifini dəstəkləyib: "Çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdır. Uşaqların sayı üçə və dördə endirilməlidir. Bu məsələ işçi qaydada müvafiq icra hakimiyyəti orqanı ilə müzakirə edilir. Bununla bağlı pozitiv fikirlər var. Çünki əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı çoxuşaqlı ailə anlayışına yenidən baxılmalıdır”.

Şərhlər

ƏNHU 2024-03-14 03:21:46

Vüqar Bayramovun təklifi ədaltli və səmimidir. Ancaq iki dünya bir olsa da Musa Quliyev belə bir qanunun qəbul olunmasına yol verməz.Əgər məsələ parlamentdə müzakirəyə çıxarılsa o, mütləq 3 deyil, 4 rəqəminin üzərində israr edəcək və buna nail olacaqdır.4 uşaq yenə də çoxdur və demək ola ki, istənilən effekt verməyəcəkdir. Amma 3 uşaq millətimizin artımı, həmin kateqoriyaya aid olan ailələrin madii vəziyyətinn yaxşılaşması, boşanmaların azalması demək olardı. Təəssüf ki, nədəndirsə hər xeyirin önünü bir mərdiməızar kəsir. Vaxtilə o Hadı Rəcəbli idi.

Vahid 2024-03-13 18:13:00

Vuqar Bayramov düz deyir.Sağ olsun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol