Bu yaxınlarda Rusiyadakı həbsxanaların birində müəmmalı şəkildə vəfat edən Rusiya müxalifətinin lideri Aleksey Navalnının çox yaxın silahdaşı və iş ortağı Leonid Volkova qarşı sui-qəsd cəhdi olub.
“AzPolitika” xəbər verir ki, Volkov Litvanın paytaxtı Vilnüsdə naməlum şəxsin hücumuna məruz qalıb.
Hücum edən şəxs əlindəki çəkiclə Volkova dəfələrlə zərəbələr endirib və nəticədə onun qolu sınıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Volkov dərhal xətəxanaya yerləşdirilib.
Volkova sui-qəsd cəhdi ilə bağlı artıq cinayət işi açılsa da, hələlik hücum edən şəxsi tapmaq mümkün olmayıb.
Hadisənin ardından açıqlama verən Volkov hücumu kimin həyata keçirdiyini biliməsə də, bunun siyasi sifariş olduğunu deyib.
“Hər şey səssizcə baş verdi. Aydındır ki, bu, siyasi hücumdur, buna heç bir şübhə yoxdur”,-deyə o qeyd edib.
Volkov həmçinin hücumun onun siyasi fəaliyyətini dayandırmayacağını bildirib və Rusiyadakı seçiciləri prezident seçkilərinin son günündə, heç bir real namizədin Rusiya lideri Vladimir Putinə qarşı mübarizə aparmasına icazə verilmədiyi bir vaxtda dinc etiraza çağırıb.
“AzPolitika.info”



Şərhlər