Menu

Gün ərzində Rusiyanın 3-cü strateji obyekti vuruldu - VİDEO

13.03.2024, 16:23
Gün ərzində Rusiyanın 3-cü strateji obyekti vuruldu - VİDEO

Ukrayna hərbi kəşfiyyatı Rusiyanın cəbhədəki ordunu təmin edən strateji infrastrukturlarına qarşı hücumları davam etdirir.

“AzPolitika” teleqram kanallarına istinadla xəbər verir ki, bu gün Rostov rayonunda yerləşən “Novoşaxtinsk” neftayırma zavodu dron zərbələrinə məruz qalıb. Nəticədə obyektdə güclü yanğın başlayıb və müəssisənin fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, bu gün Ryazanda yerləşən neft emalı zavodu da vurulub. İldə 17 milyon ton neft emal etmə gücündə olan bu müəssisə "Rosneft"ə məxsusdur.

Dünən gecə isə Nijniy Novqorod vilayətinin Kstovo şəhərində yerləşən "Lukoyl-Nijeqorodnefteorqsintez" müəssisəsi və Oryol vilayətindəki neft bazası dronlarla vurulub. "Lukoyl"a məxsus müəssisə Rusiyanın ən iri neftayırma zavodlarından biridir və ildə 17 milyon ton neft emal edir, azı 50 adda məhsul - avtomobil və aviasiya benzini, dizel və s. buraxır.

Ukrayna kəşfiyyatının dron hücumları Rusiyanın neft məhsulları ixracına ciddi təsir edir.

Qeyd edək ki, Rusiya hökumətinin qərarı ilə xarici ölkələrə benzin satışı martın 1-dən 6 ay müddətinə dayandırılıb. Həmçinin ölkənin bir sıra bölgələrində yanacaq çatışmazlığı müşahidə olunur. Yerli ekspertlər bildirirlər ki, hökumət əlindəki rezervləri Ukraynaya göndərdiyinə görə aqrar sektorun yanacaq təchizatında defisit yaranıb.

Ukrayna hərbi kəşfiyyatı Rusiyanın strateji obyektərinə hücumları davam etdirəcəyini bəyan edir.

Rasim

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol