Menu

“Təkcə zavodları yox, körpüləri də vurmalıyıq” – Ukraynanın son hücumları hansı nəticələr verəcək?

13.03.2024, 16:27
“Təkcə zavodları yox, körpüləri də vurmalıyıq” – Ukraynanın son hücumları hansı nəticələr verəcək?

Məlum olduğu kimi, Ukrayna son həftələrdə Rusiyanın bir sıra neft emalı zavodlarına PUA-larla zərbələr endirib. Xüsusilə də son bir neçə gündə Rusiyanın kifayət qədər iri və əhəmiyyətli zavodları ciddi xəsarətlər alıb. Məsələn, PUA zərbələri nəticəsində Nijni Novqorod vilayətindəki “Lukoyl” neft emalı zavodunun istehsalının 50%-dən çoxunu təmin edən qurğu zədələnib.

Ötən ay Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk deyib ki, son bir neçə aydakı zərbələr nəticəsində Ukrayna Rusiya Federasiyasından neft məhsullarının ixracını 30 faizə yaxın azaldıb.

“AzPolitika” xəbər verir ki, Ukrayna mətbuatına açıqlama verən Avro-Atlantik Əməkdaşlıq İnstitutunun hərbi eksperti İqor Koziy Rusiyanın neft emalı sənayesinin imkanlarından danışıb: "Müxtəlif hesablamalara görə, Rusiyada 32 böyük və müxtəlif güc səviyyələrində 80 kiçik neft emalı zavodu var. Məsələn, hücuma məruz qalan Ryazan neft emalı zavodunun gücü ildə 17 milyon tondur. Rusiyada ən güclü zavod isə ildə 22 milyon ton neft emal etmək gücündə olan Omsk zavodudur”.

O, əlavə edib ki, Ukrayna üçün təkcə bu neftayırma zavodlarının yox, həm də ümumilikdə neft infrastrukturunun məhv edilməsi prioritet olmalıdır: "Biz Uralın o tayındakı infrastrukturun Avropa hissəsindəki infrastruktura kömək edə bilməyəcəyinə əmin olmalıyıq. Bunun üçün körpüləri dağıtmaq lazımdır, biz bunu görürük. Onların əksəriyyəti Rusiyanın Avropa hissəsində yerləşir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol