Ukrayna PUA-larının Taqanroqa endirdiyi zərbə effektli olub.
“AzPolitika” Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Rusiyanın uzaq mənzilli radar aşkarlanması və idarə edilməsi üçün nəzərdə tutulmuş “A-50” təyyarəsi PUA hücumu nəticəsində sıradan çıxarılıb.
Bu məlumatı Ukraynanın “NV” kanalı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələrinə istinadla paylaşıb. Xəbərdə deyilir ki, Taqanroqdakı aerodroma endirilən zərbə nəticəsində ən azı bir “A-50” təyyarəsi ciddi zədələnib.
Xatırladaq ki, ukraynalılar artıq buna qədər Rusiyanın iki “A-50” təyyarəsini məhv ediblər. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov fevralın sonunda bildirmişdi ki, Rusiyada cəmi altı belə təyyarə qalıb.
“AzPolitika.info”


Şərhlər