Menu

Moskva Ermənistan rəhbərliyinin təhqiramiz ritorikasından narahatdır

13.03.2024, 17:46
Moskva Ermənistan rəhbərliyinin təhqiramiz ritorikasından narahatdır

Rusiya Ermənistanın KTMT-yə münasibətdə ritorikasının ultimativ və təhqiredici olduğunu hesab edir.

APA-nən Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Moskva Ermənistan rəhbərliyinin KTMT haqqında ultimatum və bəzən təhqiramiz ritorikasından narahatdır.

"Eyni zamanda, biz heç vaxt heç bir dövlətin öz xarici siyasət kursunu müəyyən etməsi üçün suveren hüququnu şübhə altına almamışıq. Bu, tam olaraq KTMT-yə də aiddir. Ermənistanın hazırkı kursunu davam etdirməsi Moskva ilə İrəvan arasında mövcud müttəfiqlik münasibətlərinə düzəlməz ziyan vura bilər", deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol