Menu

"Bütün fikrimizi "Bayer 04"lə oyuna yönəltmişik" - Qurban Qurbanov

13.03.2024, 21:13
"Bütün fikrimizi "Bayer 04"lə oyuna yönəltmişik" - Qurban Qurbanov

"Bütün fikrimizi bu matça yönəltmişik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyada "Bayer 04"ə qarşı keçirəcəkləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis onları vacib qarşılaşmanın gözlədiyini söyləyib: "Son dönəmlərin ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Bu stadionda çıxış etmək xoşdur. Sabah 90 dəqiqə diqqətli olmalıyıq".

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol