Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi ünsiyyət dili kimi istifadə olunmasının tərəfdarı deyil.
“AzPolitika” xəbər verir ki, bu, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun 17-23 fevral tarixində keçirdiyi sosioloji sorğu zamanı ortaya çıxıb.
Sorğu Ukraynada yaşayan 1052 respondent arasında aparılıb. Sorğuda iştirak edən Ukrayna vətəndaşlarının 66%-i rus dilinin rəsmi ünsiyyətdən çıxarılmasını dəstəkləyib. Yalnız 3%-lik kəsim rus dilinin ikinci dövlət dili statusunda qalmasını azrzuladığını bildirib. Sorğuda iştirak edənlərin 24 %-i isə hesab edir ki, rus dili böyük çoxluğun istədiyi regionlarda rəsmiləşdirilə bilər.
“AzPolitika.info”


Şərhlər