Menu

“Məqsəd cəmiyyəti Rusiyaya qarşı yönəltməkdir” – “Hava limanında 3-4 rus sərhədçi var...”

14.03.2024, 15:09
“Məqsəd cəmiyyəti Rusiyaya qarşı yönəltməkdir” – “Hava limanında 3-4 rus sərhədçi var...”

Ermənistan sərhəd qoşunlarının ilk komandanı, general-mayor Levon Stepanyan Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması ilə bağlı vəziyyəti şərh edib.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, o, martın 14-də keçirdiyi mətbuat konfransında bütövlükdə vəziyyəti və mövzu ətrafında gedən söhbətləri şişirdilmiş və süni hesab etdiyini deyib.

“Mən onların ciddi olduğunu düşünmürəm. Zvartnots hava limanında 3-4 rusiyalı sərhədçi xidmət edir. Onlar Ermənistan Respublikasının qanunvericiliyi ilə hərəkət edirlər, erməni komandanlığına tabedirlər və onun icazəsi olmadan heç nə etmirlər”, - Stepanyan vurğulayıb.

O, qeyd edib ki, Rusiya sərhədçilərinin Gümrü hava limanından çıxarılması informasiya ajiotajı ilə müşayiət olunmayıb.

General xatırladıb ki, 1992-ci ildə imzalanmış müqavilədə erməni tərəfi hazır olan kimi Rusiya sərhədçilərinin erməni sərhədçiləri ilə əvəzlənməsini nəzərdə tutur.

Stepanyanın fikrincə, bu məsələnin şişirdilməsində məqsəd Ermənistan cəmiyyətini Rusiyaya qarşı yönəltməkdir. Rusiyadan mənfi reaksiya var, çünki orada baş verənləri anlayırlar.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol