Menu

Moldovalı nazirdən maraqlı yanaşma –"Real Madrid” klubunu nümunə göstərdi

15.03.2024, 14:13
Moldovalı nazirdən maraqlı yanaşma –"Real Madrid” klubunu nümunə göstərdi

Moldova xarici işlər naziri Mixail Popoi ölkəsinin müdafiə büdcəsi ilə bağlı təəccüblü bir müqayisə aparıb.

“AzPolitika” xəbər verir ki, o, müdafiə xərclərinin aşağı olduğuna diqqət çəkmək üçün ölkəsini İspaniyanın “Real Madrid” klubu ilə müqayisə edib.

“Real Madrid”in büdcəsinə baxıram. Onların müdafiə xətti bizim milli orduya yatırdığımız sərmayələrdən daha bahalıdır”,- deyə o qeyd edib.

Popoi ölkəsinin müdafiə xərclərinin bir il ərzində artdığını, lakin hələ də yetərli səviyyələrə çatmadığını bildirib:“Son 30 ildə ÜDM-in 0,3 faizi kimi çox kiçik məbləğlər hərbi ehtiyaclara ayrılıb. Yəni demək olar ki, heç nə ayrılmayıb. Bu il isə müvafiq göstərici 0,55 faiz səviyyəsindədir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol