Menu

“Haram xoşları olsun!" - Deputat “Qarabağ”ın oyunundan yazdı

15.03.2024, 15:12
“Haram xoşları olsun!"  - Deputat “Qarabağ”ın oyunundan yazdı

“2020-ci ildən dünyada bir Qarabağ rüzgarı əsir. Bu söz bizə qürur verir və iftixar gətirir. Həm hərb meydanında, həm də idman arenalarında tarix yazırıq”.

Bunu deputat Vüqar İskəndərov qeyd edib.

O bildirib ki, “Qarabağ” futbol klubunun Avropanı fəth etməsi siyasətdə olduğu kimi, idman meydanında da qərəz, paxıllıq, ikili standartlarla üz-üzədir: “Almaniyada “Bayer”lə cavab görüşündə doğma komandamız, qürurumuz Ağdamın “Qarabağ” futbol klubu mərdliklə, qürurla ölkəmizi təmsil etdi. Hakimlə, oyunçularla, hətta təşkilatçılarla mübarizədə qalib gəldi. Düzdür, sonda növbəti mərhələyə “Bayer” çıxsa da, bütün dünya gördü ki, bu, qələbəni zorla alıb, rəqibə vermək oldu. Hətta “Bayer”in baş məşqçisi, oyunçuları fonda qalib kimi görünmürdü. Bir pərtlik və pəjmürdəlik var idi üzərində… Belə ədalətsiz münasibətə onsuz da öyrəşmişik. Qoca, hətta lap əldən düşmüş Avropanı yaxşı tanıyırıq. Haram xoşları olsun.

Sağ ol, “Qarabağ”, sən qalibsən. Xeyirlə şər mübarizəsinin qalibi… Cənablar, qəbul edin. Azərbaycan bütün mənalarda həm siyasi, həm humanitar, həm də idman meydanlarında zəfər qazanır… İstəsəniz də, istəməsəniz də”.(Globalinfo.az)

Şərhlər

Deputata 2024-03-15 16:50:18

Bu oyuna baxan oyunun son 10 dəqiqəsində "Qarabağ"futbolçularının yanlış taktikası nəticəsində 3 qol buraxıldı.Buna qədər hesab bizimkilərin xeyrinə 2:0 idi.Bəs niyə son 10 əqiqəni 3 qol buraxıldı?Oyunçumuzun mənasız yerə hakimlə mübahisəsi onun oyundan kənarlaşdrılması ilə nəticələndi.Onun bu hərəkətinin qarşsını alan olmadı.Qalan dəqiqələrdə oyunçalarımızda çaşqınlıq yaranmışdı və onlar əvvəlki ritmdə oyunu davam etditə bilmədilər.Odur ki, bit az özümüzü də görmək,buraxılmış səhvlərin qarşısını almaq gələcəkdə müsbət nəticələrə nail olmağı düşünmək vacibdir.Gedən qatarın dalınca ağlamağın nəticəsi olmur.Qurbanov sabki oyunu kənardan izlətirdi və oyunçulata iyun zamanı əlaqəsi yox idi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol