Məncə, NATO Ukraynaya girməməlidir. Ümid edirəm ki, belə bir şey olmayacaq. Oraya gedib Rusiya ilə müharibə etmək III Dünya Müharibəsi deməkdir.
"AzPolitika" xəbər verib ki, bunu İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani deyib.
Tajani Rusiya ilə savaşmadıqlarını vurğulayıb:"Beynəlxalq hüququ və Ukraynanın azadlığını müdafiə edirik. Lakin Rusiya ilə müharibəyə girmirik. Kiyevə hər cür hərbi, iqtisadi və texniki vasitələr veririk. Müharibəyə qoşulmağımız mənə səhv kimi görünür və italyanlar bunu istəmir”.
O, əlavə edib ki, İtaliyanın Ukraynaya əsgər göndərməsindən söhbət belə gedə bilməz.
"AzPolitika.info"


Şərhlər
İtaliyalı Cənab Tajani Ukraynanın (RF da deyl) Kremlin müharibəsindən xilasını düşünürmü? Erməni faşizminin Genosidi ilə Azərbaycan təkcə ərazilər deyil, 20 min nəfər günahsız vətəndaşını itirib, 70 min gənci yaralanıb, dağıntıların 100 ilə tam bərpası mümkün deyil? Müharibə təcavüzkarına qarşı bütün dövlətlərin kəskin Boykotu zəruri görünür?