Bu gwn Rusiyada prezident seçkilərində səsvermənin ikinci günüdür. “AzPolitika” rus teleqram kanallarına istinadla xəbər verir ki, gecə Kazanda Nadejdinin yerli qərargahının rəhbəri Dmitri Rumyantsev saxlanılıb.
Müharibə əleyhinə yeganə namizəd olan Boris Nadejdin tərəfdarlarının saxlanması və həbsi digər bölgələrdən də baş verib. Siyasətçinin tərəfdarları seçki məntəqələrindən çıxan seçicilər arasında sorğu keçirirlər.
Çərşənbə günü, martın 13-də Vladivostokda Nadejdinin yerli qərargahının rəhbəri İqor Krasnov altı sutkalıq həbs edilib, daha bir neçə tərəfdarı isə saxlanılıb. Çelyabinskdə Nadjdinin tərəfdarı Kirill Zamanov üç sutka müddətinə həbs edilib.
Sankt-Peterburq və Çeboksarıda Nadejdinin qərargahından exit-poll keçirən könüllülər saxlanılıb - hər ikisi protokol tərtib edilərək buraxılıb. Stavropol diyarında səsvermə ərəfəsində Nadejdin üçün imza toplayanlarda axtarışlar aparılıb. Kaluqada isə Nadejdinin yerli qərargahının rəhbəri döyülüb.
“AzPolitika.info”


Şərhlər