Martın 15-də Böyük Yeddilər Qrupu (G-7) ölkələri İrana xəbərdarlıq edib.
“AzPolitika” xəbər verir ki, ki, xəbərdarlıqda ballistik raketlərini Rusiyaya tədarük etməyin Qərbin əhəmiyyətli cavab tədbirinə səbəb olacağı bildirilir.
ABŞ, Böyük Britaniya, Fransa, Kanada, İtaliya, Almaniya və Yaponiyanın birgə bəyanatında deyilir: “Əgər İran Rusiyaya ballistik raketlər və müvafiq texnologiya tədarük etməyə başlasa, cavabımız sürətli və koordinasiyalı olacaq, o cümlədən İrana qarşı əhəmiyyətli yeni tədbirlər görüləcək”. Bildirilir ki, tədbirlərdən biri İranın flaqman aviaşirkəti “Iran Air”in Avropaya uçuşlarına qadağa qoyulması ola bilər.
Bu xəbərdarlıq Tehranın Moskvaya 400 qısa mənzilli ballistik raket ötürməsi ilə bağlı xəbərlər fonunda verilib. Amerika rəsmiləri hələlik İran raketlərinin Rusiyaya çatdırılmasını təsdiqləyən konkret məlumatların olmadığını deyirlər, lakin Tehranın bunu etmək niyyətində olduğuna inanırlar. Ötən həftə İranın BMT-dəki missiyası Rusiyaya silah ixracına heç bir hüquqi maneənin olmadığını bildirsə də, Tehran “müharibəni qızışdırmaq istəmədiyinə görə” belə bir addımdan çəkinir.
İran əvvəlcə Rusiyaya döyüş pilotsuz uçan aparatları verməsini təkzib edib. Yalnız Ukraynanın işğalı zamanı Rusiya tərəfindən onların istifadəsinə dair sübutlar ortaya çıxandan sonra o, Rusiyanın Ukraynaya açıq işğalı başlamazdan əvvəl də az sayda pilotsuz təyyarələrin verildiyini elan edib.
“AzPolitika.info”


Şərhlər