Fransa Milli Mitinq Partiyasının (RN) keçmiş lideri və prezidentliyə əvvəlki namizəd Marin Le Pen Fransa Prezidenti Emmanuel Makronla bağlı sosial şəbəkə hesabından paylaşım edib.
"AzPolitika" xəbər verir ki, Le Pen Makronun Ukraynaya qoşun göndərməklə bağlı fikirlərinə qarşı çıxıb və onu ölkəni müharibəyə sürükləməkdə ittiham edib.
"Makron ölkənin başına gələ biləcək ən pis şey haqqında elə sakit tərzdə danışır ki, sanki bunu kreslodan qalxmaqdan daha çətin bir iş kimi görmür. Fransız xalqının həyatı ilə bu şəkildə oynamaq ağılalmaz bir şeydir",-deyə o qeyd edib.
"AzPolitika.info"


Şərhlər