Rusiyada 2022-ci ildən 2023-cü ilə qədər 31-59 yaş arasında əlilliyi olan kişilərin sayı rekord səviyyədə artıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniya kəşfiyyatı bununla bağlı hesabat yayımlayıb.
Hesabatda qeyd olunur ki, rusiyalı kişilərin sırasında əlillərin say artımını Rusiya Pensiya Fondu və Sosial Sığorta Fondunun məlumatları sübut edir. Həmin məlumatlara görə, 2022-ci ildə 31-59 yaş arasında 1,67 milyon əlil kişi var idi. Bir il sonra isə bu rəqəm 507 min nəfər və ya 30% artıb. Rusiyalı demoqraflar etiraf edirlər ki, əlil kişilərin sayının artması Ukraynadakı müharibə ilə bağlıdır.
Britaniya kəşfiyyatı qeyd edir ki, Ukraynadakı münaqişə nəticəsində Rusiya silahlı qüvvələrinin verdiyi 355 mindən çox itkinin böyük əksəriyyəti yaralı hərbçilərdir. Britaniyalılar həmçinin xatırladıblar ki, 2023-cü ilin payızında Rusiya hücumunun başlanmasından bəri rus itkilərinin orta gündəlik sayı artıb: "31-59 yaşlı əlillərin və yaralananların sayındakı rekord artım Rusiyanın səhiyyə və sosial xidmətlərinə əhəmiyyətli təsir göstərəcək".
“AzPolitika.info”


Şərhlər