Menu

Bu ölkə də “TikToku” bağlamağa hazırlaşır

16.03.2024, 20:08
Bu ölkə də “TikToku” bağlamağa hazırlaşır

ABŞ-dən sonra Kanada da “TikTok”-u qadağan edə bilər. Məlum olduğu kimi, bu həftə ABŞ Nümayəndələr Palatası “TikTok”-u qadağan edə biləcək qanun layihəsini qəbul edib. Sənədə əsasən, xidmətin sahibi olan “ByteDance” şirkətinə onu satmaq üçün təxminən beş ay vaxt verilib.

“AzPolitika” xəbər verir ki, Kanada hökuməti milli təhlükəsizliklə bağlı Çinə məxsus “TikTok”-un bağlanması variantını nəzərdən keçirir. Bu barədə “The Guargian” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, Kanadada “TikTok”-la bağlı yoxlama 2023-cü ilin sentyabrında başlayıb, lakin bu, mətbuata yalnız indi məlum olub.

Ölkənin Sənaye naziri Fransua-Filip Şampagne təhlükəsizlik səbəbilə “TikTok”-u bağlamağa hazır olduqlarını deyib: "Hökumət Kanadanın milli təhlükəsizliyinə zərər vuran bir məsələ aşkar edilərsə, lazım olan hərəkəti etməkdən heç vaxt çəkinməyib".

Rəsmi Ottavanın hələ 2023-cü ilin fevralında federal hökumətin mobil cihazlarında “TikTok”-u qadağan etdiyi bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol