Menu

Ağdaşda ağır yol qəzası 3 nəfərin ölümünə səbəb olub

16.03.2024, 23:48
Ağdaşda ağır yol qəzası 3 nəfərin ölümünə səbəb olub

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ağdaşdan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan 3 yük maşını toqquşub.

İlkin məlumata görə, 3 nəfər hadisə yerində ölüb, yaralıların olduğu bildirilir.

Əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol