Menu

Rusiyada azərbaycanlı tələbəni vəhşicəsinə qətlə yetirənlərdən xəbər var - Video

02.12.2014, 21:44
Rusiyada azərbaycanlı tələbəni vəhşicəsinə qətlə yetirənlərdən xəbər var - Video

Həmin polislərin məhkəmə prosesi keçirilib

İki il öncə Rusiyada azərbaycanlı tələbə Seymur Ağayevi vəhşicəsinə qətlə yetirən polislərin məhkəmə prosesi keçirilib.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, Rusiyada polis sistemində qalmaqala səbəb olan cinayət barədə yekun qərar bu dəfə də açıqlanmayıb. Saxlanılan polislərin bu cinayəti törətdikləri heç kimdə şübhə oyatmasa da, onlara hansı cəzanın veriləcəyi hələ ki bilinmir.

Xatırladım ki, 2012-ci ilin sentyabr ayında baş verən hadisə zamanı 4 polis əməkdaşı 22 yaşlı Seymur Ağayevə hücüm edərək onu işgəncə ilə qətlə yetirdikdən sonra bahalı maşınını oğurlayıb. Daha sonra onlar maşını satmaq istəyərkən yaxalanıblar. Seymur Ağayevin meyiti isə meşədə tapılıb. Qatillərdən birinin Moskvanın şimal-qərb dairəsi üzrə polis idarəsinin rəisi Sergey Skubakin yaxın gohumu olması ehtimalı isə qalmaqalın daha da böyüməsinə səbəb olmuşdu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol