Menu

Biləsuvarda minik avtomobili elektrik dirəyinə çırpılıb, yol təsərrüfatına ziyan dəyib

17.03.2024, 12:17
Biləsuvarda minik avtomobili elektrik dirəyinə çırpılıb, yol təsərrüfatına ziyan dəyib

Biləsuvarda minik avtomobili elektrik dirəyinə çırpılıb, yol təsərrüfatına ziyan dəyib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, idaretməni itirən minik avtomobili yolun kənarında elektrik dirəyinə çırpılıb. Nəticədə dirək aşıb və istinad divarı zədələnib. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol