“Qarabağ”-ın rusiyalı qapıçısı Andrey Lunyov vaxtilə “Bayer”-də oyanayarkən, Almaniyada qarşılaşdığı xoşagəlməz hallardan danışıb.
“AzPolitika” xəbər vereir ki, Lunyov müsahibəsində adətən Kreml təbliğatçılarının Qərbi gözdən salmaq üçün tez-tez istrifadə etdiyi mövzulara toxunub: “Almaniyada nəyi bəyənmədim? Sərt LGBT təbliğatını. Bütün bunlar məktəbdən, bağçadan onlarda var. Bu, mənim xoşuma gəlmir. Müxtəlif rusdilli insanlarla görüşdük, dedilər ki, onların bağçalarında, məktəblərində birinci siniflərdə cinsi tərbiyə, tolerantlıq dərsləri keçirilir. Belə bir şey. Orada qaydalar var, sizə bir misal verim.
Oğlan qızı vurub, ana və ya ata gəlir, uşaq bağçasına və müəllim deyir: “Oğlunuz dava edib, bu qızı vurub”. Ata isə uşağı danlamağa başlayır: “Nə etmisən? Qızlara toxuna bilməzsən, axı onlar qızdırlar”.
Müəllim isə ona cavab verir: “Uşağınıza nə öyrədirsiniz? Bütün uşaqlarımız bərabərdir. Oğlanla qızı niyə ayırırsınız?”
Mənim üçün bunlar təccüblüdür. Orada gender bölgüsü var. Onlar hər şeyi edə bilərlər, hamı bərabərdir…”
Xatırladaq ki, Kreml təbliğatçıları da tez-tez gender bərabərliyi, yaxud LGBT mövzularını bəhanə gətirərək, rusiyalıları Qərbin bu cür “eybəcər mənəvi dəyərləri” ilə qorxudurlar. Belə təsəvvür yaradırlar ki, Avropa az qala bütünlükdə yalnız qeyri-ənəvi cinsi orientasiyalılardan ibarətdir. Görünür, Lunyov da bu təbliğata inananlardan birinə çevrilib.
“AzPolitika.info”


Şərhlər
Müəllif sən xəstəsən? Lunyov tamamilə düzgün deyir, hələ çox az qismini deyib, daha iyrənc tərəflərini deməyib. Kreml təbliğatçıları düz deyirlər, sənin kimi dünyadan bixəbərlər isə avropalıların sözünə inanırsız. Elə bütün problem də budur, bütün Avropanın mentalitetini məhv ediblər, Ukrayna və keçmiş ssr ölkələrinin də mentalitetini məhv etmək istəyirlər, ama putin buna imkan vermir, onları da dəli edən budur, ona görə də əllərində olan media vasitəsilə rusiyanı və putini gözdən salmaq üçün hər şeyi edirlər
Lunyovun fikirləri doğrudur. Məqalə müəllifinin isə gender bərabərliyini və cinsi azlıqları müdafiə etməsi təəccüb doğurur. Yaxşı olardı ki, müəllif gender bərabərliyinin Azərbaycanda boşanmaların sayının artmasına birbaşa necə təsir eydiyi barədə araşdırma aparıb bu bərədə məqalə yazardı.
Lunyov haqlıdır. Şərhçi yanlış şərh verir.
Əslində lunyov gördüyü şeyləti danışıb qərb dəyərləri isə elə onnan ibarətdir bir ölkədəki dövlət adamları lgbt üzvüdür o ölkədən heç kimə xeyir gəlməz vallah öz dəyərlərimizi mentalitetimizi qorumalıyıq sonra isə avropaya baxanda necə bir iyrəncliyin içində yaşadıqlarını görəcəyik nə olsunki yüksək maaşlı iş yerləri var yediyi məhsullarda hamısı gmo məhsullarıdı vallah onlardan gen gəzmək lazımdır
Lunyovun müsahibəsi ilə bağlı azpolitikanın şərhi bir qədər təəcüb doğurur. Futbolçu deyir ki, Qərbdə LGBT təbliğatı geniş yayıyılıb. Buna Kremlin və ya təbliğatın nə aidiyyəti var?