Menu

Rəqibləri hansı ölkələrdə Putindən daha çox səs toplayıb? - SİYAHI

18.03.2024, 15:14
Rəqibləri hansı ölkələrdə Putindən daha çox səs toplayıb? - SİYAHI

Rusiya prezidenti postuna "Yeni insanlar" psrtiyasından namizəd Vladislav Davankov Avropanın bir sıra şəhərlərində və İsraildəki seçki məntəqələrində Putindən daha çox səs toplayıb.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Davankov Putini Haaqa, Vilnüs, Kopenhagen, Varşava, Praqa, Bratislava, Budapeşt, Zaqreb, Madrid və Barselona, Qüds və Hayfada, eləcə də əlillərin daha çox olduğu Podqoritsada məğlub edib.

Riqa, Tallin, Sofiya, Kişinyov, Roma və Afinada yaşayan Rusiya vətəndaşları isə Putini seçib. O, həmçinin Phuket, Seul, Bakı və Bişkekdəki məntəqələrində də qalib olub. Davankov ikinci yeri tutsa da Putindən böyük fərqlə geridə qalıb.

Hesablama davam edir. Hazırkı nəticələrə görə, Putin xaricdə 69,9%, Davankov 18,7% səs toplayır, bülletenlərin 7,5%-i etibarsız sayılıb: o qədər seçici iştirakçı namizədlərin seçilməsi ilə razılaşmayıb.

Xaricdə səs vermək üçün Rusiyanın 144 ölkədə və özünü dövlət elan etmiş ərazilərdəki səfirliklərində seçki məntəqələri açılıb. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, xaricdə 372 min nəfər səs verib ki, bu da indiyədək keçirilmiş seçkilərdə ən yüksək nəticədir. 

Səsvermənin son günü, martın 17-də yüzlərlə insan xaricdəki seçki məntəqələrində növbəyə düzülüb. Riqa, Berlin, Podqoritsa, Təl-Əviv və bəzi digər şəhərlərdə seçki məntəqələrinin bağlanması və ya bülleten çatışmazlığı səbəbindən çoxları səsvermədə iştirak edə bilməyib.

Rasim Əliyev

AzPolitika.info

Şərhlər

Fıqan 2024-03-18 15:58:58

Nəticəsi əvvəldən bəlli,saxtakar seçki!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol