Menu

“Azərbaycanda 5 milyardlıq silahımız qalıb” - Sabiq nazir Paşinyanı günahlandırdı

18.03.2024, 20:08
“Azərbaycanda 5 milyardlıq silahımız qalıb” - Sabiq nazir Paşinyanı günahlandırdı

“Silahlanmaqdansa, ordunu bacarıqla idarə etmək lazım idi ki, Azərbaycanda 5 milyardlıq silah qalmasın. O, hələ də danışıqlar aparmaqdan danışır, halbuki uzun müddətdir onunla heç kim danışıqlar aparmır, yalnız tələb edirlər”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, hazırda Rusiyada yaşayan Arşak Karapetyan Baş nazir Nikol Paşinyanın Qərb silahlarının alınması ilə bağlı keçirdiyi mətbuat konfransını şərh edərkən deyib.

Paşinyan kabinetində bir müddət nazir olan Karapetyan həmçinin etiraf edib ki, 2021-ci ildə Ermənistan ordusunda islahatların aparılması ilə bağlı Rusiyanın Müdafiə naziri Şoyqu ilə razılaşıb və 40 yüksək rütbəli rus generalı İrəvana gəlib.

Xatırladaq ki, Prezident İlham Əliyev martın 14-dəki çıxışı zamanı İkinci Qarabağ müharibəsi zamanı təxminən 5 milyard dollar dəyərində silah- sursatın məhv edildiyini və qənimət olaraq götürüldüyünü demişdi.

“AzPolitika.info”

Şərhlər

Aram Qaramlı 2024-03-18 19:33:00

İrandan azəri-türk dilinə görə rus kilsələrinə köçən *Grekori*lər qrupuna Rusiya 1918ci ildə Ermənistan respublikası icazəsi alandan ona təcavüz niyyətində digər tərəf olmayıb! Hərbi Arsenal, həm də beş milyardlıq nəyinə gərəkdi? Ən çoxu bir milyardlıq metallom görünür, onun daşınması da azı yarım milyarda başa gəlir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol