Menu

Ukrayna üçün 1,5 milyon mərmi Rusiyanın müttəfiqlərindən alınıb – Pulunu Almaniya ödəyib

18.03.2024, 18:02
Ukrayna üçün 1,5 milyon mərmi Rusiyanın müttəfiqlərindən alınıb – Pulunu Almaniya ödəyib

Çexiya dünyanın müxtəlif tədarükçülərindən 800 minə yaxın artilleriya mərmisi alıb və əlavə olaraq alınması mümkün olan daha 700 minini tapıb.

“AzPolitika” xəbər verir ki, söhbət 300 min sovet istehsalı və 500 minə yaxın Qərb istehsalı olan mərmilərdən gedir.

Media yazır ki, Ukraynaya təhvil veriləcək sursat tədarükçüləri Rusiyanın müttəfiqləridir. Praqa isə sursatın haradan alındığını açıqlamır.

Məlumata görə, alqı-satqı müqavilələrində təchizatçı ölkələrlə Ukrayna arasındakı əlaqəni gizlətmək üçün mərmilər bilavasitə Çexiya və ya üçüncü ölkələr vasitəsilə göndəriləcək.

Media yazır ki, hazırda 300 min mərmi üçün ilk tranş artıq ödənilib, ən böyük töhfəni isə Almaniya verib.

Çexiya hökumətinin qeyd edib ki, vəsait olduqca daha çox mərmi əldə ediləcək. Ukraynaya ilk çatdırılmalar yaxın bir neçə həftə ərzində başlaya bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol