Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov infarkt keçirərək reanimasiyaya yerləşdirilib.
APA “Baza”ya istinadən xəbər verir ki, 63 yaşlı diplomat martın 17-nə keçən gecə özünü pis hiss edib.
Təcili yardım çağıran Ryabkov birbaşa reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər ona kəskin miokard infarktı diaqnozu qoyaraq, stent qoymaq məqsədilə əməliyyat ediblər
Nazir müavininin vəziyyəti ağır olaraq qiymətləndirilir.


Şərhlər