ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası məsələsinə xüsusi diqqət verir.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə söyləyib.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası məsələsinə köklənən sadəcə dövlət katibi Entoni Blinken deyil:
“Baxın, bu, xüsusi diqqət ayırmağa davam etdiyimiz məsələdir. Bu, sadəcə dövlət katibinin deyil, həm də dövlət katibinin köməkçisi O’Brayenin (ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen – red.), habelə baş müşavir Bononun (ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono – red.) müvafiq həmsöhbətlərlə qarşılıqlı əlaqə quraraq kökləndiyi məsələdir”.
“Lakin sizin üçün bundan başqa heç bir məlumatım yoxdur”, – Patel sual ünvanlamış jurnalistə deyərək yekunlaşdırıb.


Şərhlər
Ədalətsiz (antitürk) Zəngəzur dəhlizinin çox illik Deport və Hərbi Genosid cinayətlərinə təzminat kimi Azərbaycana verilməsi, anklav azərbaycanlı rayonlarının Ermənistana olmasına və qərbi azərbaycanlıların Azərbaycanda qalmasına adekvat status verı bilər!?