Menu

XİN Fransa Baş nazirini təxribat xarakterli bəyanatlara son qoymağa çağırıb

21.03.2024, 14:42
XİN Fransa Baş nazirini təxribat xarakterli bəyanatlara son qoymağa çağırıb

Fransa tərəfini öz tarixindən dərs çıxarmağa, Azərbaycanın daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırırıq.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Fransanın baş naziri Qabriel Attalın erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərlə bağlı şərhində qeyd edilib.

Şərhdə 20 mart 2024-cü il tarixində Fransa Respublikasının baş naziri Qabriel Attalın Fransanın Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının illik tədbirində zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddiaları qətiyyətlə pislənib.

"Azərbaycanın öz suveren ərazilərində yerləşmiş Ermənistan silahlı qüvvələrinin qalıqlarına qarşı aparılmış anti-terror tədbirlərini qınayan və Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməkdə təqsirləndirən Fransa baş nazirinə xatırladırıq ki, Azərbaycan tərəfinin həyata keçirdiyi tədbirlər beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Fransanın daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələri ilə tam uyğundur.

30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hal-hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmayan Fransanın heç bir əsas olmadan Azərbaycanı güc tətbiqində təqsirləndirməsi absurddur.

Bir daha, Fransa tərəfini öz tarixindən dərs çıxarmağa, Azərbaycanın daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırırıq", - A.Hacızadə vurğulayıb.

Şərhlər

Cabir 2024-03-21 15:38:08

Bir nazirin digər dövlətin başçısına xəbər darlıq göndərməsinecə anlaşılır?Yoxsa bu daxili auditoriya üçün XİN işləyir deməkdir.

ƏNHU 2024-03-21 15:24:36

Konstantinopol dərdi xaçpərəstləri yandırb yaxır. Onlar bizim Qarabağı öz torpaqlarına qatmaqla bir az təsəlli tapırdılar. İndi bu təsəlli də əllərindən çıxıb de od tutub yanırlar. O biri xaç ölkələrinin susğun göründüklərinə baxmayın. Gecələr hamısı bir yerə toplaşıb ağı deyib ağlayırlar. Bizim Qarabağda qələbə xəbərimizi eşidəndə Makron insultayaxın hal keçirmişdi. Araqsifət Mariya isə az qala çıldırmışdı. Qarabağdakı qələbə həm də İslamın qələbəsidir deyə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol