Menu

Ceyhun Bayramov Brüsseldə Hakan Fidanla görüşüb

21.03.2024, 16:34
Ceyhun Bayramov Brüsseldə Hakan Fidanla görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın Brüssel şəhərində keçirilən Atom Enerjisi Sammiti çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında qeyd edilib.

Nazirlər çoxşaxəli strateji ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahələrini müzakirə edib, regional sülh səylərinə toxunublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol