Moskva vilayətində “Krokus siti holl”dakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb. Onlar Bryansk vilayətində ələ keçirilib.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Qeyd olunub ki, cinayətkarların olduğu ehtimal edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara görə, avtomobildə 6 nəfər olub. Onlardan 2-si saxlanılıb, 4-ü isə qaçıb.
Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. Onların terror aktında əli olub-olmadığı dəqiqləşdirilir.
Daha 4 nəfər axtarılır.
Məlumata görə, 6 terrorçudan 4-nün şəxsiyyət məlum olub. Onlar 37 yaşlı Nəsridinov Məhmədrəsul, 51 yaşlı İsmonov Rivojidin, 21 yaşlı Safolzoda Shoxinjonn və 29 yaşlı Nəzərov Rüstəmdir. Onların hər birinin Tacikistan vətəndaşı olduğu bildirilib. Bunlardan hansının saxlanıldığı məlum deyil.

Xatırladaq ki, ötən axşam Moskvadakı “Krokus siti holl”da terror aktı baş verib. Hadisə nəticəsində 80-dən çox adam ölüb.


Şərhlər
Ukrayna-Belarus sərhədinin bir neçə kilometrliyində kimi desən tutub saxlayıb döyə-döyə boynuna qoymaq olarsa o demək deyil ki terrorçulardır.Adamlar Tacikistandan gediblər ki Avropada xoşbəxt ola bildilər bəlkə.Polis görəndə də ona görə qaçıblar ki,çünki çoxusunun miqrasiya kağızları olmur. Pis odur ki Rusun başına Avropadan-Amerikadan iki ildir bunca bəla gəlməkdədi, yenə hər işdə müslüman axtarışındadırlar.Yanlarında Quran,araq butulkası da tapaydınız.Tapmamasınızsa demək qoymamısınız, yadınızdan çıxıb.Terroru Putinin məxfi ekstremistləri törədib.Putindən soruşun kimliklərini. O bu işlərdə xam deyil.