Menu

Terrorçular Ukraynaya qaçmaq istəyib? – Moskva terrorçuları Kiyevə “calamaq” istəyir

23.03.2024, 16:15
Terrorçular Ukraynaya qaçmaq istəyib? – Moskva terrorçuları Kiyevə “calamaq” istəyir

Rusiya kəşfiyyat xidməti iddia edir ki, “Crocus City Hall”-da qətliam törədən terrorçular Ukraynaya qaçmaq istəyiblər.

“AzPolitika” xəbər verir ki, bu barədə “RİA Novosti”-nin teleqram kanalı Rusiya FTX-sına istinadla xəbər paylaşıb.

Beləliklə də, gözlənildiyi kimi, Rusiya Federasiyası artıq “Moskva terrorçuları”nın Ukrayna ilə əlaqəsi olduğunu iddia etməyə başlayıb. Xəbərdə iddia olunur ki, guya cinayətkarlar cinayəti törətdikdən sonra Ukraynaya getmək istəyiblər və hətta onların “Ukrayna tərəfində müvafiq əlaqələri olub”.

Qeyd edək ki, Rusiya mətbuatında yayılan xəbərlərə görə, hadisəni törədənlər Ukrayna ilə həmsərhəd Bryansk vilayətində yaxalanıblar. Onların Tacikistan vətəndaşları olduğu deyilir. Lakin Tacikistan XİN bu xəbərləri təkzib edir və onlara Rusiya rəsmi orqanlarından belə bir məlumatın daxil olmadığını bildirir.

“AzPolitika.info”

Şərhlər

RR 2024-03-24 07:53:14

Bilmey olmaz sifarishci kimdi )Xaxollarin ústúne calamaq ise en azindan , savadsizliqdi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol