Menu

Rusiyada terror aktının törədildiyi “Crocus City Hall” bərpa olunacaq

24.03.2024, 08:03
Rusiyada terror aktının törədildiyi “Crocus City Hall” bərpa olunacaq

Rusiyada terror aktının törədildiyi “Crocus City Hall”un bərpası planlaşdırılır.

“Report”un məlumatına görə, bu barədə “Crocus International”ın mətbuat xidməti xəbər yayıb.

“Terrorçuların qurbanlarını heç vaxt unutmayacağıq. Onların çirkli əlləri ilə dağıdılanlar bərpa olunacaq”, - məlumatda deyilir.

Şirkət ailəsini və yaxınlarını itirən hər kəsə başsağlığı verib. Mətbuat xidməti qeyd edib ki, hakimiyyətə və xüsusi xidmət orqanlarına çətin işlərində kömək etmək, eləcə də bütün ölkə ilə birlikdə “terror aktı qurbanlarına kömək etmək” üçün mümkün olan hər şey ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol