Menu

Ukrayna Sevastopola ən böyük hücumunu edib - “Rusiya yalnız bir raketi vura bilib”

25.03.2024, 16:26
Ukrayna Sevastopola ən böyük hücumunu edib - “Rusiya yalnız bir raketi vura bilib”

Martın 24-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Sevastopola hücumu müharibə başlayandan bəri bu şəhərə edilən ən böyük hücum olub.

“AzPolitika” xəbər verir ki, bunu “Bild” nəşrinin tanınmış hərbi eksperti Culian Röpke deyib.

Röpkenin sözlərinə görə, bazar günü gecə Ukrayna tərəfindən ən azı beş " Storm Shadow" və "Scalp" qanadlı raketləri atılıb. Onlardan ən azı ikisi nəhəng peyk antenalarına, radar sistemlərinə və inzibati binalara dəyib: “Göründüyü kimi, yalnız bir raketi vura biliblər”.

Röpke qeyd edib ki, “Yamal” və “Azov” iri desant gəmilərinin, eləcə də Rusiyanın Qara dəniz donanmasının rabitə mərkəzi və infrastrukturunun vurulması müharibənin başlanmasından bu yana Sevastopola edilən ən böyük hücum olub: “Bu əməliyyat Ukrayna Silahlı Qüvvələrinin Qara dəniz donanmasının qərargahını vurduğu sentyabr əməliyyatını da üstələyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol