Menu

BMT TŞ Ramazan ayında Qəzzada dərhal atəşkəs tələb edən qətnamə qəbul edib

25.03.2024, 19:18
BMT TŞ Ramazan ayında Qəzzada dərhal atəşkəs tələb edən qətnamə qəbul edib

BMT Təhlükəsizlik Şurası Ramazan ayında Qəzzada dərhal atəşkəs tələb edən qətnamə qəbul edib.

APA xəbər verir ki, qətnamə layihəsi 15 üzvdən ibarət BMT TŞ-də səsə qoyulub. Qanun layihəsi 14 “hə” və 1 “bitərəf” səsi ilə qəbul edilib. ABŞ səsvermədə bitərəf qalıb.

Danışıqlardan sonra qətnamə layihəsində “daimi atəşkəs” ifadəsi razılaşdırılıb. ABŞ nümayəndə heyəti son anda “daimi” ifadəsini “qalıcı” ilə əvəz edərək layihə mətninə dəyişiklik edilməsini istəyib. Rusiyanın səsvermədən əvvəl bəyanatın orijinal variantına dəyişdirilməsi ilə bağlı düzəliş təklifinə ABŞ tərəfindən veto edilib.

Qeyd edək ki, oktyabrın 7-dən sonra Qəzzada atəşkəs tələb edən qətnamə ilk dəfə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib.

Şərhlər

Tahir 2024-03-25 20:12:39

Bah-bah!!!! Qoymuyun ayə üstümə İrasim gəlir." Tüpurüm sənin Qətnamənə ki, bapbalaca Ermənistan sənin 4 belə Qətnaməni fındığına da almadı. O ki, İsrail ola.

Watchman 2024-03-25 19:34:35

BMT-nin Israil dövlətinin yaradılması barədə qətnaməsinə dərhal əməl edilmişdi. Indi isə Israil BMT-ni saya almır. Bir sözlə - "lazım olan işi gördün, indi başımı ağrıtma".

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol