PUTİN MOSKVADAKI TERRORLA KİYEVİ İTTİHAM ETDİ - "Onları orada kim gözləyirdi?” + VİDEO

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş vermiş terror aktından sonra görülən tədbirlərlə bağlı iclas keçirib.

O bildlirib ki, terror aktı radikal islamçıların əli ilə törədilib: "Rusiya “Crocus”da terror aktını kimin törətdiyini bilir. Lakin bunu kimin sifariş etdiyi maraqlıdır”.

“Amma biz onu da görürük ki, ABŞ müxtəlif kanallarla hamını inandırmağa çalışır ki, onların kəşfiyyat məlumatlarına görə, guya Moskva terrorunda Kiyev izi yoxdur. Dərhal sual yaranır: Bu hadisədən kimə fayda var? Bu, yalnız 2014-cü ildən Kiyev rejiminin əli ilə bizimlə döyüşənlər üçün faydalı ola bilər”, - dövlət başçısı bəyan edib.

Putin qeyd edib ki, Rusiya hələ də Moskva vilayətində terror aktında islamçıların iştirakı ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirməlidir: “Crocus”da baş verən terror aktı Kiyev rejiminin 2014-cü ildən Rusiya Federasiyasına qarşı baş qaldırdığı müharibəsinin bir hissəsidir. “Crocus”da baş vermiş terror aktı Kiyevin hədə-qorxu kampaniyasına tam məntiqlə uyğun gəlir”.

Putin “Crocus”da terror aktı ilə bağlı aparılan istintaqın gedişi barədə mütəmadi olaraq ona məlumat verilməsi tapşırığını verib.

Prezident “Crocus”dan sonra terrorçuların niyə Ukraynaya getdiyi sualını qaldırıb: “Onları orada kim gözləyirdi?”

Rusiya Prezidenti Kiyevin əks-hücum əməliyyatının tamamilə iflasa uğradığını, Rusiya Silahlı Qüvvələrinin bütün təmas xətti boyunca təşəbbüsü əlində saxladığını söyləyib: “Kiyevin cəbhəni sabitləşdirmək üçün etdiyi bütün cəhdlər uğursuz alınıb, Rusiya Federasiyası xüsusi əməliyyatda təşəbbüsü özündə saxlayır”. (apa.az)


635x100

Şərhlər

Mubariz 2024-03-26 15:09:13

Belə zavallı ölkə başçısı olan xalq ölümə məhkumdur ,bir tərəfdən deyir bizim heç kəsin torpağında gözümüz yoxdur ,digər tərəfdən bütün qonşularına hədə-qorxu gəlir .Sənin dediklərinə artıq ruslar belə inanmır ,inananlar isə Soloveylər ,Marquşalar və bunlar kimiləridir ,onlarda pul xətrinə danışırlar

Son yazılar