Ermənistan Respublikasının “Ararat Brandy Factory” MMC-nin istehsal etdiyi qida məhsullarının Belarus ərazisinə gətirilməsi, satışı, saxlanması, daşınması və istifadəsi qadağan olunub.
“AzPolitika” xəbər verir ki, bununla bağlı Belarusun müvafiq orqanları qərar qəbul edib.
Xəbərdə deyilir ki, Belarusun Qomel Regional Gigiyena, Epidemiologiya və İctimai Sağlamlıq Mərkəzindən verilən məlumata görə, qərar Ermənistan istehsalı olan konyakda ziyanlı rəng maddələrinin aşkar edilməsilə bağlıdır. Erməni konyakına qoyulan qadağa qərarı Belarusun Baş dövlət sanitar həkimi tərəfindən imzalanıb.
“AzPolitika.info”


Şərhlər