RAMİZ MEHDİYEV MƏHKƏMƏ QARŞISINDA - Onu hansı cəza gözləyir?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb.

Qaynarinfo xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Muradov iş üzrə hakim təyin edilib.

529.3-cü maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İnzibati Xətalar Məcəlləsinin 353.2-ci (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.

Bu maddədə inzibati xəta növü kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.

Qanunvericiliyə görə, barəsində 529.3-cü maddə ilə protokol tərtib edilən şəxs bu barədə məlumatlandırılır. Daha sonra iş baxılması üçün məhkəməyə göndərilir.

Ramiz Mehdiyevin ittiham olunduğu maddədən aydın olur ki, o, bundan əvvəl törətdiyi inzibati xətaya görə ona kəsilən cəriməni ödəməyib.

Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Adminstrasiyasının rəhbəri, 2019-2022-ci illərdə isə AMEA-nın prezidenti olub.

635x100

Şərhlər

Cəfər 2024-04-01 09:32:04

Komediya !

mürsəl 2024-03-29 12:32:55

Salam. Dadaşyev şox yaxşı rəy verib bu məsələyə. Yəqin R.Mehtiyev işdən çıxandan sonra 86 yaşında ağırtonnajlı yük maşını sürməyə başlayıb. Çox gülməlidi. Bu məlumatı yazan və tirajlayan saytlar özlərini gülünc vəziyyətə qoyub, səviyyələrini nümayiş etdirirlər. Yeni musavat, Azpolitika kimi saytlar belə məlumat yayırlarsa vay digər saytların halına. Ə, siz xəstəsiz, ya yazdığınızı dərk eləmirsiz.

dadaşyev 2024-03-29 00:48:27

Bu lov xəbər Marksın “Kapital”ı kimi yazılıb deyə əvvəl nə qədər oxudumsa başa düşmədim,azərbaycanlı olduğumdan şübhələndim hətta.Sonra bunu yazanın azərbaycanlı olmağından şübhələndim,gördüm yox,yazıq da izah etməli olub sondan əvvəlki abzasda nə baş verdiyini.Demək o da əvvəl heç nə başa düşməyibmiş və camaatın da başa düşməyəcəyini nəzərə alıb ki şərh verib.Məncə məsələ belə olub: adam ya iriqabaritli, ya da ağırçəkili maşın sürübmüş 3 ay əvvəl, hansı ki o maşınının çəkisi və yükü çox olub, ona görə o maşının oxuna düşməli olan parametrləri aşıb o çəki və yük,ona görə də ümumi istifadədə olan avtomobil yolunda sürməməliymiş onu. Ama sürüb deyə ştraf eliyiblər,ştrafı da 3 aya kimi ödəməliymiş.Amma o ödəməyib heç bir əsas olmadan.Ona görə məhkəməlik olub ki alsınlar o pulu.Bahoo! Tragediyadı ki! Nağarajık?Görəsən Belaz, Kamaz, Tatra-filan sürüb ki? Daş daşıyıb?

Son yazılar