Kiyevdə yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib.
Bu barədə jurnalistin dostları sosial şəbəkələrdə məlumat paylaşıb.
Onun Kiyevdə futbol oynayan zaman ürəktutmasından vəfat etdiyi bildirilir.
İ.Camalbəyli Rusiya - Ukrayna müharibəsi başlayandan sonra aktiv jurnalist fəaliyyəti ilə məşğul olur, Azərbaycan cəmiyyətinin Ukraynadakı vəziyyətlə bağlı məlumatlandırılmasında iştirak edirdi.
Allah rəhmət eləsin.


Şərhlər