İşğalçı İsrail ordusunun Qəzza zolağının müxtəlif nöqtələrinə endirdiyi hava zərbələri nəticəsində aralarında qadın və uşaqların da olduğu 20 fələstinli həyatını itirib.
"AzPolitika" xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi "WAFA" məlumat yayıb.
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 14 min 280-i uşaq, 9 min 340-ı qadın olmaqla 32 min 623 fələstinli həlak olub, 75 min 92 nəfər isə yaralanıb.
"AzPolitika.info"


Şərhlər