Menu

Deputat Etibar Əliyev həmkarını təbrik edib – “Azərbaycanımızı ləyaqətlə təmsil edir”

01.04.2024, 12:29
Deputat Etibar Əliyev həmkarını təbrik edib – “Azərbaycanımızı ləyaqətlə təmsil edir”

Millət vəkili Etibar Əliyev həmkarı Soltan Məmmədovu 50 illik yubileyi münasibətilə təbrik edib.

“Dəyərli həmkarımız Soltan Məmmədovun 50 yaşı tamam oldu. Soltan Məmmədov savadı, mədəniyyəti, səmimiyyəti və praqmatikliyi ilə seçilən deputatdır. Onun aldığı mükəmməl təhsil və misilsiz işgüzarlığı artıq çalışdığı illərdə öz pozitiv töhfəsini verib. O, iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Azərbaycanımızı ləyaqətlə təmsil edir.

Soltan müəllim həm də maraqlı ideyaları olan şəxsiyyətdir. Onun dəyərli deputat həmkarımız Elnur Allahverdiyevlə birgə ideya müəllifliyi və məsləhətçisi olduğu “Heydər Əliyev:100 faktın tarixi” kitabı Ulu Öndərimizin haqqında yazılan ən maraqlı kitablar sırasına daxil olub. Bu dəyərli kitabda Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi birinci və ikinci dövrlərdə dövlətçilik fəaliyyətinin əsas istiqamətlərindən 100 ən əlamətdar olan fakt yer alıb. Kitabın əsas mövzusu insanlara həqiqəti göstərmək və sevdirməkdir. Hər zaman həqiqətin və dürüstlüyün yanında olan Soltan Məmmədova uzun və sağlam ömür, yorulmaz fəaliyyətində uğurlar arzulayıram...”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol