Menu

“Crocus”a hücumla bağlı onuncu şəxs həbs edildi - VİDEO

01.04.2024, 20:56
“Crocus”a hücumla bağlı onuncu şəxs həbs edildi - VİDEO

Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall” konsert zalına hücum etməkdə təqsirləndirilən onuncu şəxsi, Tacikistan vətəndaşı Yakubconi Yusufzodanı həbs edib.

“Məhkəmə İstintaq Komitəsinin müstəntiqinin vəsatətinin təmin edilməsi, Yusufzoda barəsində mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib”, - deyə hakim Nataliya Dudar qərarı elan edib.

Qeyd edək ki, Yusufzodanı ömürlük həbs gözləyir. O, “Crocus”a hücumla bağlı həbs edilən onuncu şəxs olub. (Mənbə: TASS)


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol