Deputat Elnur Allahverdiyev həmkarı Soltan Məmmədovu 50 illik yubileyi münasibətilə təbrik edib:
“Bu gün millət vəkili həmkarım Soltan Mammadovun 50 yaşı tamam olur. Soltan müəllimi Milli Məclisdə fəaliyyətə başlamamışdan çox illər öncə tanıyıram. S.Məmmədov hər zaman vətənpərvərliyi, işgüzarlığı, savadı ilə seçilib. Soltan müəllim həm də sadiq dostdur. Onu çoxdan tanıdığımdan bu keyfiyyətini xüsusi qeyd etmək istəyirəm. Hamını dinləmək, məsləhət etmək bacarığını, təvazökarlığını, yüksək mədəniyyətini Soltan müəllimlə ünsiyyətdə olan hər kəs, o cümlədən seçiciləri də görür və dəyərləndirirlər.
Soltan müəllim, sizi təbrik edir, çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzulayıram!”


Şərhlər