Kremldən İsrailin İran səfirliyinə raket hücumuna reaksiya

İsrailin Suriyada İran səfirliyi kompleksinin yerləşdiyi diplomatik kvartala zərbə endirməsi beynəlxalq hüquq normalarını pozan təcavüz aktıdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz nəticə çıxarmağa tələsməzdik, lakin istənilən halda belə zərbələrin həyata keçirilməsi beynəlxalq hüququn pozulması və təcavüz aktıdır”, - Kremlin sözçüsü İranın Dəməşqdəki səfirliyinə endirilən zərbəni şərh edərkən deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar