“Rusiya ABŞ-dən terror aktı olacağı barədə məlumat almışdı...” – Narışkin

“FSB Rusiyada terror aktı ehtimalı ilə bağlı ABŞ-dən müəyyən məlumatlar alıb, lakin bu çox ümumi xarakter daşıyırdı”.

“AzPolitika” “İnterfaks”a istinadla xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

“Bəli, həqiqətən də, Federal Təhlükəsizlik Xidməti ABŞ kəşfiyyat xidmətlərindən müəyyən məlumat aldı ki, terror aktı mümkündür. Lakin həmkarlarımızın dediyi kimi, məlumat çox ümumi idi və bu dəhşətli cinayətdə iştirak edənləri tam müəyyənləşdirməyə imkan vermədi”, – Narışkin qeyd edib.

Xarici Kəşfiyyat Xidmətinin direktoru bildirib ki, Rusiya ilə ABŞ arasında terrorla mübarizə kanalı mövcuddur, lakin bu, məhduddur. Narışkinin sözlərinə görə, dövlətlərarası əməkdaşlığın səviyyəsi çox aşağı düşüb.

ABŞ kəşfiyyat orqanları Rusiyaya martın əvvəlində Rusiya ərazisində terror aktı hazırlandığını bildirib. Bu barədə məlumatı ABŞ-nin Moskvadakı səfirliyi yayıb. Bir sıra Avropa ölkələri də xəbərdarlıq edib.

FSB direktoru Aleksandr Bortnikov etiraf edib ki, ABŞ izdihamlı yerlərdə terror aktı hazırlandığını xəbərdar edib, lakin məlumat ümumi xarakter daşıyıb və o vaxt təsdiqlənməyib. “The New York Times” yazır ki, ABŞ bu məlumatların mənbəyini açıqlamamaq üçün Rusiyaya əlində olan məlumatların yalnız bir hissəsini bildirib.

Aprelin 1-də məlum olub ki, İran da Moskvaya Rusiya ərazisində böyük terror aktının ola biləcəyi barədə xəbərdarlıq edib. İran rəsmiləri bu məlumatı İranda saxlanılan terrorçu şübhəlilərdən əldə ediblər.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar