Netanyahu əcnəbi könüllülərin öldüyü insidentə görə məsuliyyəti üzərinə götürüb

“Ötən gecə Qəzzada beynəlxalq humanitar təşkilatın üzvlərinin öldürüldüyü aviazərbələrə görə məsuliyyəti öz üzərimə götürürəm”.

APA-nın “Der Spiegel” nəşrinə istinadən məlumatına görə, bu fikirləri İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

O əlavə edib ki, istənilən müharibə vaxtı analoji halların təsadüfən olsa belə yaşanması mümkündür.

Hökumət başçısının sözlərinə görə, baş verənlər hərtərəfli araşdırılacaq.

Qeyd edək ki, ötən gecə İsrail ordusunun Qəzzanın mərkəzinə aviazərbələri nəticəsində “World Central Kitchen” Beynəlxalq Humanitar Təşkilatının biri fələstinli olmaqla, Avstraliya, Böyük Britaniya və Polşadan olan 7 nəfər yardım könüllüsü həlak olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar