Menu

ABŞ məhz “Crocus”un hədəfə çevrilə biləcəyinə dair Rusiyaya xəbərdarlıq edib - KİV

03.04.2024, 08:48
ABŞ məhz “Crocus”un hədəfə çevrilə biləcəyinə dair Rusiyaya xəbərdarlıq edib - KİV

Birləşmiş Ştatlar “Crocus City Hall”dakı terror aktından iki həftə əvvəl Rusiya tərəfinə xəbərdarlıq edib ki, konsert zalı hücumun potensial hədəfinə çevrilə bilər.

APA xəbər verir ki, bu barədə “The Washington Post“ mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, Vaşinqton bu məlumatı ABŞ-nin Moskvadakı səfirliyinin mart ayında Rusiya paytaxtında mümkün terror aktı ilə bağlı xəbərdarlıq etməsindən bir gün öncə Rusiya tərəfi ilə paylaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol